İDMAN


“Yuventus” baş məşqçisi Massimiliano Alleqriyə yeni müqavilə təklif edib

Bakı, 16 may, AZƏRTAC

İtaliyanın “Yuventus” futbol klubunun rəhbərliyi baş məşqçisi Massimiliano Alleqriyə yeni müqavilə təklif edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeni müqaviləyə görə, 51 yaşlı italiyalı mütəxəssisin müqaviləsi 2021-ci ilədək etibarlı olacaq.

Qeyd edək ki, Alleqri Turin klubundan hazırda illik 7,5 milyon avro məvacib alır. O, yeni müqavilədən imtina edirsə, “Yuventus”un rəhbərliyi “Latsio” klubunun baş məşqçisi Simone İnzagi ilə danışıqlara başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.