İDMAN


“Yuventus” heyətinə daha bir portuqaliyalı futbolçu qatmaq istəyir

Bakı, 16 noyabr, AZƏRTAC 

İtaliyanın “Yuventus” klubu heyətinə daha bir portuqaliyalı futbolçu qatmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, A seriyası təmsilçisi İngiltərə “Vulverhempton”unda çıxış edən Portuqaliya millisinin üzvü Pedru Netunu heyətinə qatmaq istəyir.

20 yaşlı portuqaliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlara start verib. Bu transferdə vasitəçi kimi Kriştiano Ronaldonun agenti Jorje Mendeş iştirak edir.

Qeyd edək ki, Netu cari mövsüm Premyer Liqada 8 oyunda 1 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.