İDMAN


“Yuventus” klubu Aleks Sandro ilə yeni müqavilə imzalayıb

Bakı, 7 dekabr, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu futbolçu Aleks Sandro ilə yeni müqavilə bağlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu daha beş il “Yuventus”un şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb. Braziliyalı müdafiəçinin hazırda həftəlik məvacibi 110 min avrodur. Aleks İtaliyada Seria A-da ən yüksək məvacib alan futbolçulardan biridir.

A.Sandro Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” klublarının maraq dairəsindədir.

Braziliyalı 2015-ci ildə Portuqaliyanın “Portu” klubundan 26 milyon avroya transfer olunub. O, Turin klubunun heyətində 132 oyunda 9 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.