İDMAN


“Yuventus” klubu yenidən cəzalana bilər

“Yuventus” klubu yenidən cəzalana bilər

Bakı, 31 mart, AZƏRTAC

Mövsüm ərzində qazandığı xallardan 15-i silinən İtaliyanın “Yuventus” klubu növbəti dəfə şiddətli cəzalana bilər.

AZƏRTAC xəbər verir ki, istintaq prosesi hələ də Turin təmsilçisinin maliyyə saxtakarlıqlarını araşdırmaqda davam edir. İttiham edən tərəf “Yuventus”u oyunçulara və menecerlərə ödənilən maaşlar, habelə şübhəli tərəfdaşlıq müqavilələri ilə günahlandırır. Məhkəmə prosesinin 2023-cü ilin sonunadək uzanacağı ehtimal olunur.

Əgər klub yeni ittihamlarda təqsirkar bilinərsə, ikinci dəfə 15 və 25 xal arası cəzalanacaq. Əgər proses mövsüm bitdikdən sonra yekunlaşarsa və 2022-2023-cü il mövsümündə klub hər hansısa nəticə əldə edərsə, məhkəmə “Yuventus”u qazandığı nailiyyətdən məhrum qoyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.