İDMAN


“Yuventus” komandası “Barselona”nın 16 yaşlı hücumçusunu heyətinə cəlb edib

Bakı, 28 iyul, AZƏRTAC 

Futbol üzrə İtaliya çempionu “Yuventus” klubu İspaniyanın “Barselona” klubunun gənclərdən ibarət komandasının 16 yaşlı hücumçusu Pablo Morenonu heyətinə cəlb edib.

AZƏRTAC “Yuventus” klubunun rəsmi saytına istinadla xəbər verir ki, P.Moreno İspaniyanın “Barça La Masia” akademiyasında yetişib. O, indiyədək “Barselona”nın gənclərdən ibarət komandasında 200-dən çox qol vurub. Oyunçunun transfer qiymətinin 800 min avro olduğu bildirilir.

İspaniyalı gənc futbolçu beş il əvvəl “Qranada” komandasından “Barselona”nın akademiyasına qatılıb.

Qeyd edək ki, “Yuventus” komandası bir müddət əvvəl “Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldonu, “Liverpul”un və Almaniya yığma komandasının türk əsilli futbolçusu Əmrə Canı və digər futbolçuları transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.