İDMAN


“Yuventus”un futbolçusu Artur Melo Premyer Liqa klubuna keçməyə yaxındır

Bakı, 14 yanvar, AZƏRTAC

İtaliyanın “Yuventus” klubunun futbolçusu Artur Melo “Arsenal”a keçməyə yaxındır.

AZƏRTAC İngiltərə mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Arsenal” ilə artıq razılıq əldə edib.

“Arsenal” hazırda “Yuventus”la danışıqlar aparır. Ancaq Turin təmsilçisi futbolçunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.

Qeyd edək ki, Artur Melo cari mövsüm “Yuventus”un heyətində 11 oyunda meydana çıxıb və heç bir məhsuldarlığı ilə seçilməyib.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.