İDMAN


“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb

Bakı, 3 noyabr, AZƏRTAC

İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Zenit”lə oyunda bunu bacarıb.

Komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən İtaliya millisinin üzvü Çempionlar Liqasında ardıcıl 4 ev oyununda fərqlənməyi bacaran ikinci “Yuventus” futbolçusudur. O, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub.

Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” səkkizdəbir final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.