CƏMİYYƏT


Yuxu rejiminə əməl etmək xoşbəxtliyin əsas səbəblərindən biridir

Bakı, 23 iyun, AZƏRTAC

Yuxu gün ərzindəki bütün fəaliyyətin təməli hesab olunur. AZƏRTAC xəbər verir ki, narahatlıq və gərginliyin səbəbini çox vaxt yuxu saatının azlığı ilə əlaqələndirirlər.

Alimlərin apardığı yeni araşdırma nəticəsində məlum olub ki, gün ərzində 7 saat 6 dəqiqə yatmaq xoşbəxt olmağın əsas şərtlərindən biridir. Onların apardığı təcrübədə minlərlə könüllü iştirak edib. Təcrübə nəticəsində müəyyən olunub ki, qismən xoşbəxt olanlar isə 6 saat 54 dəqiqə yatırlar. Aparılan araşdırmalara görə, 6 saat 48 dəqiqədən az yuxu yatmaq narazılığın artması deməkdir. Həmin yuxu rejiminə malik olanlar münasibətlərindən narazı və daima narahatdırlar.

Mütəxəssislər müəyyən ediblər ki, yuxu saatı azaldıqca xoşbəxtliyin səviyyəsi də aşağı düşür. Dərin yuxuya getməyin sadə yolları da müəyyən edilib. Təcrübə iştirakçısı olan könüllülərdən yatmazdan əvvəl duş qəbul edən və meditasiya dalanların yuxusunun daha keyfiyyətli olduğu aşkarlanıb. Video oyunlar oynamağa üstünlük verilməsi isə yuxusuzluq yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.