REGİONLAR
Yüz yaşlı Ağsu sakinindən “hava proqnozu”
Ağsu, 5 noyabr, Adil Ağayev, AZƏRTAC
Yüz yaşlı Ağsu sakini Şahmurad Heydərov yoldan keçən gənc bir oğlanı saxlayıb soruşub:
- Ay oğul, indi hansı ilin payızıdır?
- 2016-cı ilin, baba.
- O əbrişimləri gözüm seçmir. De görüm, yarpaqları tökülüb?
- Yox baba, hələ hamısı tökülməyib.
- Yarpaqlar ağacın harasında qalıb: aşağısında, yoxsa yuxarısında?
- Aşağı yarpaqlar tökülüb, ancaq yuxarıdakılar qalıb.
- Hə, oğul, yarpaqlar aşağıdan tökülməyə başlayıbsa, deməli, bu qış mülayim keçəcək. Bunu mənə babam deyib, ona da babası demişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]