REGİONLAR


Yüz yaşlı Hüseyn Hümbətovla görüş keçirilib

Şahbuz, 24 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları Beynəlxalq Ahıllar Günü ərəfəsində rayonun Güney Qışlaq kənd sakini, bu il 100 yaşını qeyd edən Hüseyn Hümbətovla görüşüblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə muxtar respublikada uzunömürlü, ahıl vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Bildirilib ki, İkinci Dünya müharibəsi iştirakçısı Hüseyn Hümbətov da dövlət qayğısı ilə əhatə olunub. O, müharibədə iştirakına görə Prezident təqaüdü, həmçinin əmək pensiyası ilə təmin olunub. 2011-ci ildə ona dövlət tərəfindən minik avtomobilinin təqdim olunması da göstərilən yüksək qayğının növbəti təzahürüdür.

Sosial könüllülərin də iştirak etdiyi görüşdə Hüseyn Hümbətova hədiyyələr təqdim olunub.

Hüseyn Hümbətov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Qeyd edək ki, Hüseyn Hümbətov 1920-ci ilin iyulun 1-də Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. O, 21 yaşında - 1941-ci ilin dekabrında müharibəyə gedib. Müharibədə 3 dəfə yaralanan Hüseyn Hümbətov 14 müxtəlif medalla təltif olunub. Onun 22 nəvəsi, 33 nəticəsi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.