CƏMİYYƏT


Yüzlərlə balina Kanar adalarında gəmilərlə toqquşaraq məhv olur

Madrid, 24 aprel, AZƏRTAC

Təkcə bu ilin əvvəlindən Kanar adaları sahillərində gəmilərlə toqquşma nəticəsində onlarca balina məhv olub.

Ətraf mühitin mühafizəsi sahəsində məhkəmə təhqiqatları üzrə ixtisaslaşmış vəkil Alexandro Kintananın sözlərinə görə, bu, həm təbiət üçün, həm də təhlükəsiz naviqasiya baxımından təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, bütün bunların səbəbkarı balinalara yaxınlaşma hallarında bütün növlərdə olan gəmilər üçün məcburi surətdə icra ediləcək dəqiq reqlamentləşdirilmiş hərəkətlərin olmamasıdır. “Kapitan üzən tiri görərsə, bu hal üçün xüsusi protokol mövcuddur. Lakin balina ilə qarşılaşma hallarına dair protokol yoxdur. Bu, cəfəngiyatdır”, - deyə A.Kintana bildirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.