SİYASƏT
“ZAMAN AZƏRBAYCAN” QƏZETİ PREZİDENT HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ 56 SƏHİFƏLİK XÜSUSİ BURAXILIŞLA YAD ETMİŞDİR
“Başın sağ olsun, Azərbaycan”... “Zaman Azərbaycan”qəzetinin Türk dünyasının böyük lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevə həsr etdiyi xüsusi buraxılış belə adlanır.
AZƏRTAC xəbər verir ki, gərgin əməyin bəhrəsi olan 56 səhifəlik albom-qəzetdə “Böyük ömrün anları”ndan fotoşəkilləri dahi rəhbərin həyat və fəaliyyəti haqqında yazılar, görkəmli dövlət, siyasət və sənət adamlarının ürək sözləri müşayiət edir.
Qəzetin ilk səhifəsi dahi şəxsiyyətin tərcümeyi-halı ilə başlayır. “Vida sözü”ndən sonra qəzetdə getmiş yazılarda dahi rəhbərdən Yeni Azərbaycanın memarı, iqtisadiyyatımızın strateji, ordumuzun ustadı, “təhsilimizin, elmimizin, mədəniyyətimizin himayədarı, xalqın vurğunu, İpək Yolunun ilk qurucusu kimi bəhs olunur.
Qəzetin son səhifəsində gedən “Gələcək nəsillərin məktəbi” yazısı isə, bütövlükdə, Vətənə, millətə fədakarlıq nümunələri ilə dolu olan bir ömrün mənasını əks etdirir.