ZAQAFQAZİYADA RUSİYA QOŞUNLARI QRUPUNUN KOMANDANI YARALANIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 6-da axşam saat 21.30 radələrində Tbilisi şəhərində Zaqafqaziyada Rusiya qoşunları qrupu zabitlərinin yaşadığı evdə partlayış baş vermişdir. ZRQQ-nin komandanı general-leytenant Aleksandr Studenikin bədən xəsarəti almış və hərbi hospitalda yerləşdirilmişdir. Həkimlərin fikrincə, onun həyatı təhlükə qarşısında deyildir.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vano Merabişvili hadisə yerində olmuş və partlayışın fitnəkarlıq məqsədi ilə törədildiyi ehtimalını təsdiqləmişdir.