REGİONLAR
ZAQATALADA PAYIZLIQ TAXIL SƏPİNİNƏ BAŞLANILMIŞDIR
Zaqatala rayonunun taxılçılıq təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılmışdır. Cari mövsümdə rayonda 5.660 hektar sahədə payızlıq taxıl səpininin həyata keçirilməsi proqnozlaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, taxıl əkinlərinin 4.200 hektarını buğda sahələri təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 2 dəfəyə yaxın, yəni 1.917 hektar çoxdur.
İndiyədək rayonda payızlıqların səpini üçün 4.500 hektar sahədə keyfiyyətli şum qaldırılmış, o cümlədən 1000 hektara yaxın sahədə səpin həyata keçirilmişdir.
Fermerlər səpinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələri səfərbər etmişlər.