CƏMİYYƏT


ZAQATALADA QUDUZLUĞA QARŞI CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR

Ötən ilin aprelində Zaqatala rayonunun Mamrux kəndində quduzluq xəstəliyi aşkar olunmuş, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə xəstəliyin qarşısını almaq ücün konkret tədbirlər müəyyən edilmişdir.

Lakin görülmüş işlər kifayət qədər ardıcıl və təsirli olmadığından bu ilin may-iyun aylarında rayonun Faldar, Bəhmətli, Maqov kəndlərində qaramal arasında da yayılmış bu qorxulu yoluxucu xəstəlik bir nəfərin ölümünə səbəb olmuşdur.

Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə məlumat verilmişdir ki, respublika baytarlıq idarəsi mütəxəssislərinin yaxından iştirakı ilə həmin bölgələrdə irimiqyaslı profilaktik və təşkilati işlər aparılmış, 3 min başa yaxın heyvana peyvənd edilmiş, əhali arasında sanitar-maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Kəndlərdə xəstəliyə qarşı mübarizə qərargahları yaradılmışdır. Xəstəliyin kökünün tam kəsilməsinə ciddi nəzarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.