İDMAN


ZAQATALADA ŞAHMAT ÜZRƏ ZONA YARIŞLARI KEÇİRİLMİŞDİR

Zaqatalada uşaq-gənclər şahmat məktəbləri komandaları arasında keçirilən şahmat üzrə ölkə birinciliyinin zona mərhələsinə yekun vurulmuşdur. Qələbə uğrunda 9 rayonun komandası mübarizə aparmışdır.

Zaqatala şahmat məktəbindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışların yekununa görə, oğlanların komanda birinciliyində İsmayıllı komandası 1-ci, Qax komandası 2-ci, Yevlax komandası isə 3-cü yerə çıxmışdır. Qızların yarışında isə Zaqatala şahmatçıları qalib gəlmiş, Oğuz və Qax idmançıları müvafiq olaraq ikinci və üçüncü yeri tutmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.