REGİONLAR
ZAQATALADA YAZLIQ BİTKİLƏRİN SƏPİNİ DAVAM EDİR
Zaqatala rayonunun təsərrüfatlarında 5600 hektara yaxın sahədə yazlıq bitkilərin əkini başa çatdırılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1437 hektar çoxdur. Yazlıqlar əkin sahələrinin on min hektara çatdırılacağı proqnozlaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, payızlıq taxıl sahələrinin qorxulu zərərvericilərlə kütləvi sirayətlənməsinin qarşısının alınması məqsədi ilə respublika Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə həyata keçirilən kimyəvi mübarizə tədbirləri, yerli fermerlərə pulsuz dərman preparatlarının verilməsi öz müsbət nəticəsini göstərmişdir. Hazırda taxıl sahələrindən bol məhsul gözlənilir.
Bu il rayonun özəl təsərrüfatlarında qarğıdalı, tütün, günəbaxan, bostan və tərəvəz bitkiləri əkilmiş sahələr də əvvəlki illərlə müqayisədə xeyli artmış, 66 hektar sahədə isə yeni fındıq bağları salınmışdır.