ELM VƏ TƏHSİL
ZAQATALA ŞƏHƏRİNDƏ YENİ MƏKTƏB BİNASI TİKİLİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Zaqatala şəhərində Təhsil Nazirliyinin vəsaiti ilə 360 şagird yeri olan yeni məktəb binasının tikintisinə başlanılmışdır. Tikinti işlərini «İnşaatçı» Tikinti-Quraşdırma və Mexanizasiya Müəssisəsinin kollektivi həyata keçirir. Məktəbin yeni dərs ilində istifadəyə verilməsi planlaşdırılır.
Bundan əlavə, tezliklə rayon mərkəzində Avropa Dilləri Təmayüllü gimnaziyanın ərazisində 200 şagirdlik 10 əlavə sinif otağının tikintisinə də başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]