İQTİSADİYYAT
ZAVODUN MƏHSULLARI ÖLKƏMİZİ XARİCİ ÖLKƏLƏRDƏ TANIDACAQDIR
Xaçmazda fəaliyyət göstərən “Qafqaz” konserv zavodunda bu ilin sonunadək 30 min ton pamidor, 20 min ton qara badımcan, bibər, noxud, kələm, xiyar, kartof, soğan, yer kökü, digər meyvə-tərəvəz məhsulları və 10 min ton ət konservləri istehsal olunacaqdır.
“Azərsunholdinq” şirkətlər qrupunun prezidenti Abdulbari Gözəl AZƏRTAC-ın müxbirinə məlumat vermişdir ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlərdən 3,4 min ton məhsul alınacaqdır. Zavodun sabit dövriyyə kapitalı 60 milyard manat planlaşdırılmışdır. 10 milyard manat isə yeni isteshal xəttlərinə əlavə olunacaqdır. Zavod təkcə Xaçmaz deyil, Dəvəçi, Quba, Qusar və digər rayonların minlərlə sakinlərinə də xeyir verəcəkdir. İxrac olunan məhsulumuz xarici ölkələrdə Azərbaycanı tanıdacaqdır. İstehsal edilən yüksək keyfiyyətli ət konservləri Azərbaycan ordusunun ehtiyacalarını ödəyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]