İQTİSADİYYAT
ZAVODUN MƏHSULLARI ÖLKƏMİZİ XARİCİ ÖLKƏLƏRDƏ TANIDACAQDIR
Xaçmazda fəaliyyət göstərən “Qafqaz” konserv zavodunda bu ilin sonunadək 30 min ton pomidor, 20 min ton qara badımcan, bibər, noxud, kələm, xiyar, kartof, soğan, yer kökü, digər meyvə-tərəvəz məhsulları və 10 min ton ət konservləri istehsal olunacaqdır.
“Azərsunholdinq” şirkətlər qrupunun prezidenti Abdulbari Gözəlin verdiyi məlumata görə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərdən 3,4 min ton məhsul alınacaqdır. Zavodun sabit dövriyyə kapitalı 60 milyard manat planlaşdırılmışdır. 10 milyard manat isə yeni istehsal xətlərinə əlavə olunacaqdır. İxrac olunan məhsullar xarici ölkələrdə Azərbaycanı tanıdacaq, istehsal edilən yüksək keyfiyyətli ət konservləri isə Azərbaycan ordusunun ehtiyaclarını ödəyəcəkdir.