İQTİSADİYYAT


ZAVOD YENİ MƏHSUL İSTEHSAL EDİR

Naxçıvan Şüşə Qablar zavodunda mineral toz istehsal edən yeni sex fəaliyyətə başlamışdır.

Zavodun direktoru, texnika elmləri namizədi Kamil Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, mineral toz asfalt örtüyünü hamarlaşdıracaq, onun keyfiyyətini xeyli yüksəldəcəkdir. Aşqar kimi asfalt-betonun tərkibinə qatılan 5 faiz miqdarında mineral toz onun mexaniki möhkəmliyini artırır, məsaməliliyi aradan qaldırır, asfalt örtüyünü uzunömürlü edir, isti yay günlərində bitumun keyfiyyətinin itirilməsinin qarşısını alır. Muxtar respublikada mineral toz istehsalı üçün kifayət qədər xammal ehtiyatı - çay daşları, süxurlar vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.