İDMAN
ZİNƏDDİN ZİDAN SON 50 İLDƏ AVROPANIN ƏN YAXŞI FUTBOLÇUSUDUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, fransalı Zinəddin Zidan son 50 ildə Avropanın ən yaxşı futbolçusu adlandırılmışdır. Bu, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) aprelin 22-də Nikosiyada keçirilən konqresində elan edilmişdir.
UEFA-nın azarkeşlər arasında keçirdiyi yubiley sorğusunun yekunlarına görə, Fransa yığma komandasının heyətində dünya və Avropa çempionu olmuş, Madridin “Real” klubunda Çempionlar liqasının qızıl medalını qazanmış Zidana 123 min 582 adam səs vermişdir.
Alman Frans Bekkenbauer ikinci (122.559), holland Yohan Kroyff üçüncü (119.332) yeri tutmuşlar.
UEFA öz yubileyinin bayram edilməsi çərçivəsində azarkeşlər arasında sorğunu son yarım əsrdə Avropanın 50 ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədi ilə keçirmişdir. Bunun üçün UEFA-nın əsası qoyulduğu 1954-cü ildən bəri yaşıl meydanlarda fərqlənmiş 250 namizəddən ibarət siyahı tərtib olunmuşdu.
Səsvermədə, ümumən, 150 min adam iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]