İDMAN
ZİNƏDİN ZİDAN YAYDA FUTBOLLA VİDALAŞACAQ
AZƏRTAC xəbər verir ki, İspaniyanın “AS” qəzetinin məlumatına görə, Zidan “Real”ın prezidenti Florentino Peresi bu barədə xəbərdar etmişdir. Qəzet yazır ki, Zidan bütün qüvvə və səylərini qarşıdakı beş ayda Madrid komandasının heyətində keçirəcəyi görüşlərə yönəltməyi, sonra isə dünya çempionatında öz ölkəsinin yığmasına kömək etməyi qərara almışdır.
Madrid klubunun rəhbərliyi əmindir ki, Zidan yaşıl meydanlarda çıxışlarını başa çatdırdıqdan sonra “Real”ın bir növ səfiri olacaqdır.
Xatırladaq ki, Zinədin Zidan 1998-ci il dünya çempionatında qalib gələn Fransa yığmasının əsas siması olmuş, 2000-ci ildə Avropa çempionatının qızıl medalını qazanmışdır. O, üç dəfə dünyanın ən yaxşı futbolçusu adlandırılmışdır. Zidan iyunun 23-də, Almaniyada dünya çempionatı zamanı 34 yaşını qeyd edəcəkdir.