Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ZİYALILARLA GÖRÜŞ

İran İslam Respubliasının Prezidenti Əkbər Haşimi-Rəfsəncani və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünən respublika Elmlər Akademiyasında olmuş, akademiyanın rəhbərləri ilə görüşmüşlər. Əkbər Haşimi-Rəfsəncani Azərbaycanın elm mərkəzinin strukturu, kadr potensialı, aparılan tədqiqat işlərinin əsas istiqamətləri və perspektivləri ilə maraqlanmışdır. Respublikanın dövlət katibi Lalə-Şövkət Hacıyeva və akademiyanın prezidenti, akademik Eldar Salayev iki ölkənin elm idarələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlıq imkanlarından istifadə olunması və birgə tədbirlər keçirilməsi sahəsində son vaxtlar görülmüş işlər barədə hörmətli qonağa məlumat vermişlər. Dövlət katibi ölkələrimiz arasında çoxcəhətli əlaqələrin, xüsusilə humanitar sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinə və İrandakı böyük elmi təcrübənin öyrənilməsinə ciddi ehtiyac olduğunu qeyd etmişdir.

İran Prezidenti Azərbaycan Elmlər Akademiyası nəzdində ilahiyyat sahəsində doktorluq disertasiyaları müdafiə etmək üçün ixtisaslaşdırılmış elmi şuranın fəaliyyət göstərməsi barədə məlumatı razılıqla qarşılamışdır.

Görüşdə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti, Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rafael Allahverdiyev, İranın Azərbaycandakı səfiri Əli Əsğər Nəhavəndian və digər rəsmi şəxslər iştirak etmişlər.

X X X

Hər iki ölkənin prezidentləri respublika Elmlər Akademiyası rəyasət heyətinin iclas salonunda Azərbaycan ziyalıları – alimlər, yazıçılar, mədəniyyət və incəsənət xadimləri ilə görüşmüşlər.

Görüşü EA-nın prezidenti, akademik Eldar Salayev giriş sözü ilə açmışdır. Akademiyanın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri Əlyar Səfərli, respublika Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, şair-publisist Məmməd Aslan, Azərbaycan–İran Mərkəzinin rəhbəri Həsən Əbluc görüşdə çıxış etmişlər. Natiqlər İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncanini salamlamış və qeyd etmişlər ki, lap qədimdən qonşu, dindaş və qardaş olan bu iki ölkənin xalqları bir hava ilə nəfəs almış, bir Allaha xidmət etmiş, əzəmətli mədəni və ədəbi sərvətlər yaratmışlar. Azərbaycanın bir çox qüdrətli şairləri dünya ədəbiyyatı xəzinəsinə həm ana dilində, həm də fars dilində misilsiz incilər bəxş etmişlər. Xalqlarımız yadelli düşmənlərə qarşı dəfələrlə birgə vuruşmuş və bir-birinə arxalanaraq özlərini qoruya bilmişlər.

Çıxış edənlər elm, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq imkanlarından, Xəzər dənizinin son dərəcə vacib problemlərinin birgə həlli məsələlərindən də danışmışlar.

Akademik Eldar Salayev İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi-Rəfsəncaninin Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçilməsi haqqında akademiya rəyasət heyətinin qərarı barədə görüş iştirakçılarına məlumat vermişdir.

Əkbər Haşimi-Rəfsəncani Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin ona göstərdikləri rəğbət və məhəbbətə görə minnətdarlığını bildirmiş və akademiyanın fəxri üzvü seçilməsi ilə əlaqədar bu nüfuzlu elm ocağının kollektivinə təşəkkür etmişdir. İran Prezidenti Orta Asiya ölkələrinə səfərindən bəhs edərək demişdir ki, orada da ziyalılarla keçirdiyi görüşlər yaddaqalan olmuşdur. Qonaq Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsində ziyalıların rolunu yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, bizim müştərək tariximiz, dinimiz, mədəniyyətimiz, coğrafi mövqeyimiz əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün əvəzsiz imkanlardır.

Əkbər Haşimi-Rəfsəncani respublikamıza gəlişindən məmnunluqla söz açaraq demişdir ki, burada mən özümü Tehranda, İsfahanda, Təbrizdə olduğu kimi hiss edirəm. Bu isə bir daha göstərir ki, biz qəlbən bir-birimizə bağlıyıq.

İran Prezidenti Azərbaycanda İslam dininə inam və etiqadın yaşamasından razılıqla söhbət açaraq qeyd etmişdir ki, ötən 70 ildə ateistlərin apardığı təbliğat müsəlmanları Allah yolundan döndərə bilməmişdir. Görünür, marksistlər əbəs yerə çalışmışlar. Xalq öz dininə rəğbətini qoruyub saxlaya bilmişdir. Qonaq sözünə davam edərək demişdir: Sizə də, bizə də çoxlu ziyan vurulub. Vaxtilə qalxan od Türkmənçay və Gülüstan müqavilələri ilə nəticələndi. Bundan siz də biz də zərər çəkdik. Lakin gərək ermənilər tarixdən ibrət dərsi götürsünlər. Əgər Rusiya kimi böyük bir imperiya bu regionda öz niyyətlərinə çata bilmədisə, Ermənistan kimi xırda dövlətin bu fikrə düşməsi nahaqdır və onlar olsa-olsa özlərinə ziyan gətirəcəklər.

Ali qonaq İranla yeni müstəqil dövlətlər arasında münasibətlərin daha da yaxşılaşdırılmasının zəruriliyindən danışaraq qeyd etmişdir ki, bütün müsəlman xalqları qarşılaşdıqları problemlərin aradan qaldırılmasında bir-birinə yaxından kömək göstərməlidirlər. İranda zəlzələ baş verərkən sizin köməyiniz orada böyük rəğbətlə qarşılandı və bu da bizim nə qədər yaxın olduğumuzu bir daha sübut edir.

İran Prezidenti qeyd etmişdir ki, əlaqələrimizin möhkəmləndirilməsində elm adamlarımızın üzərinə daha böyük vəzifələr düşür. İranda da, burada da elmin müxtəlif sahələrində çox zəngin təcrübə vardır. Əgər əl-ələ versək, bundan hər iki tərəf xeyli fayda götürər. Sizdə bir sıra sahələrdə görkəmli alimlər var. İranda isə güclü ali məktəblər fəaliyyət göstərir. Qarşılıqlı əməkdaşlıq bu qüvvələri bir yerə toplamağa və daha çox xeyir götürməyə imkan yaradar.

Əkbər Haşimi-Rəfsəncani axırda demişdir: Prezident Heydər Əliyevin yeritdiyi siyasət düzgün siyasətdir və o, öz xalqı üçün düzgün yol açmışdır. Mən əminəm ki, bu yol Azərbaycanın bütün problemlərinin tezliklə həll olunmasına gətirib çıxaracaqdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə söz verilmişdir. O demişdir:

- Cənab Prezident, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, gələcək siyasi və elmi fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram. Azərbaycan elminin qədim və zəngin tarixi vardır. Azərbaycan elmi dünya elminə, dünya mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Azərbaycanda Elmlər Akademiyası 50 ildir ki, fəaliyyət göstərir və bu akademiyanın fəxri üzvü olmaq böyük şərəfdir. Azərbaycan alimlərinin qəbul etdiyi qərar, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü adı almağınız Sizin elm və siyasət sahəsində böyük xidmətlərinizə, eyni zamanda İran elminə və mədəniyyətinə verilən qiymətdir.

Azərbaycan Prezidenti sözünə davam edərək demişdir: Cənab Prezident, siyasi, ictimai, elm xadimi kimi Siz dünyada məşhursunuz. Azərbaycanda da Sizi çox yaxşı tanıyırlar. İran İslam Respublikasının yaranmasında və inkişaf etməsində Sizin xidmətləriniz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Elmlər Akademiyasının Sizə göstərdiyi bu böyük hörmət və ehtiram eyni zamanda xalqımızın şəxsən Sizə və Sizin simanızda bütün İran xalqına, İran İslam Cümhuriyyətinə hörmət və ehtiramdır. Bu hadisə İran xalqı ilə Azərbaycan xalqı arasında əsrlərdən bəri davam edən dostluq və qardaşlıq əlaqələrinin bu gün yeni mərhələyə çatmasının parlaq təzahürüdür.

Cənab Prezident, Azərbaycana səfəriniz, bu günlərdə aparılan görüşlər və danışıqlar iki ölkə arasında, xalqlarımız arasında əlaqələrin inkişafının yeni mərhələsidir və güman edirəm ki, ən yüksək intellektual səviyyədə olan Azərbaycan alimlərinin Sizin hüzurunuza toplanması bu əlaqələrin möhkəmlənməsinə və inkişaf etməsinə kömək göstərəcəkdir.

Əminəm ki, Azərbaycan Respublikasının alimləri ilə İran İslam Respublikasının alimləri arasındakı elmi, mədəni, insani əlaqələr bundan sonra daha da möhkəmlənəcək və bu əlaqələr xalqlarımız arasında münasibətlərin yaxşılaşdırılmasına böyük yardım edəcək, ölkələrimiz həyatın bu ağır dövründə müştərək fəaliyyət göstərərək qarşılaşdığı problemlərin öhdəsindən gələcəklər.

Heydər Əliyev axırda demişdir:

- Fürsətdən istifadə edərək öz adımdan, Azərbaycan alimləri, xalqımız adından İran İslam Respublikasının elm adamlarına, mədəniyyət xadimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əziz dostlarımız, Sizi bu böyük hadisə münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, səadət, gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Ziyalılarla görüşdə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti, Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rafael Allahverdiyev, İranın Azərbaycandakı səfiri Əli Əsğər Nəvahəndian və digər rəsmi şəxslər iştirak etmişlər.

X X X

İRAN İLƏ AZƏRBAYCAN ARASINDA ƏMƏKDAŞLIQ

HAQQINDA SƏNƏDLƏR İMZALANMIŞDIR

Dünən Prezident Aparatının binasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlıq haqqında sənədlər paketinin imzalanma mərasimi olmuşdur. Tərəflər 14 saziş, protokol və memorandum imzalamışlar. Mütəxəssislərin fikrincə, bu sənədlər iki dövlət arasında bir çox sahədə münasibətləri genişləndirmək üçün möhkəm zəmin yaradır.

Aşağıdakı sənədlər imzalanmışdır: İran İslam Respublikasının Mədəniyyət Mərkəzi ilə Azərbaycan Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu; iki ölkənin ticarət nazirlikləri arasında Niyyət Protokolu; Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı ticarət haqqında Saziş; Azərbaycan Milli Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında bank ödəniş Sazişi; Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında tranzit haqqında Saziş; Azərbaycan Respublikası ilə İran Respublikası arasında nəqliyyat sahəsində qarşılıqlı Anlaşma Memorandumu; Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Niyyət Protokolu; İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında elm, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında Saziş (Naxçıvan Muxtar Respublikasına dair); Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Protokolu; Azərbaycanın Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Ali Təhsil və Mədəniyyət Nazirliyi arasında elm, təhsil və tədqiqatlar sahəsində əməkdaşlıq haqqında Memorandum.

İki dövlətin xarici işlər nazirləri Həsən Həsənov və Əli Əkbər Vilayəti Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında adi xarici pasportlarla gediş-gəlişin asanlaşdırılmasına dair Memorandum, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi məsləhətləşmələr haqqında Protokol imzalamışlar.

Mərasimin sonunda Azərbaycan Prezidenti Heydər Əliyev və İran Prezidenti Əkbər Haşimi-Rəfsəncani Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Memorandum imzalamışlar.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Tayvanda güclü zəlzələ baş verib

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Bayden Zelenskiyə yeni silah paketinin tezliklə ayrılacağını vəd edib

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Prezident İlham Əliyev: Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq

Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb

Ödənişli yolda qəza baş verib, yaralananlar var VİDEO

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

Prezident İlham Əliyev: Vladimir Putin və Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını qoyublar