DÜNYA


Z.JVANİYA: BİZƏ NƏ ABŞ, NƏ DƏ RUSİYA HÖKM EDƏ BİLMƏZ

AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstanın Baş naziri Zurab Jvaniya Gürcüstan-Cənubi Osetiya münasibətlərinə kənardan hər hansı müdaxilə cəhdlərini rədd etmişdir.

O, iyunun 2-də hökumətin iclasında bildirmişdir: “Sxinvali bölgəsinə Gürcüstanın hansı qoşun bölmələrinin yeritməsinin heç kimə dəxli yoxdur. Bu bölgə Gürcüstan ərazisidir və ABŞ-ın “Təlim və təchizat” proqramı çərçivəsində hazırlıq keçən əsgərləri sülhyaratma qüvvələrimizin tərkibinə daxil edib-etməmək məsələsini biz həll etməliyik”.

Z.Jvaniya Gürcüstan-Cənubi Osetiya münaqişəsi zonasında yaranmış vəziyyətlə əlaqədar Rusiya XİN-in bəyanatlarını şərh edərək demişdir: “Gürcüstan-ABŞ proqramı çərçivəsində hazırlıq keçmiş hərbçilərimizdən necə istifadə etməyimiz məsələsində bizə nə ABŞ, nə də Rusiya hökm edə bilməz”.

O, öz ölkəsinin Xarici İşlər Nazirliyinin hərəkətlərindən narazı olduğunu açıqlamışdır. Baş nazir vurğulamışdır: “Gürcüstan XİN belə hallara vaxtında münasibətini bildirməli və izahat verməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.