DÜNYA


Z.NOĞAİDELİ: “GÜRCÜSTAN AVROPA İLƏ ASİYANI BİRLƏŞDİRƏN KÖRPÜYƏ ÇEVRİLƏCƏKDİR”

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Baş naziri Zurab Noğaideli Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilişini mühüm hadisə adlandırmışdır. O, hökumətin iclasında demişdir: “Biz magistral dəmir yolu xəttinin tikintisinə dair müqavilə üzərində işi başa çatdırmışıq. Sənədi yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyənin baş nazirləri imzalayacaqlar”.

Baş nazir bildirmişdir ki, dəmir yolunun bərpasına və yeni xəttin tikintisinə bu il başlanacaqdır.

İqtisadi inkişaf naziri Georgi Arveladze Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun regionun inkişafı baxımından böyük əhəmiyyət daşıdığını demişdir. Bu, transasiya və transavropa dəmir yollarının birləşdirilməsində mühüm rol oynayacaq və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) tərkib hissəsi olacaqdır.

Ekspertlər hesab edirlər ki, yeni yol yüklərin Asiyadan Avropaya daşınması üçün ən qısa magistral olacaqdır. Artıq Qazaxıstan bu yolla ildə 10 milyon ton yük göndərəcəyinə təminat vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.