REGİONLAR


ZONA SEMİNAR MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

Avropa Komissiyası, Azərbaycanın və Fransanın kənd təsərrüfatı nazirlikləri arasında əldə olunmuş razılığa əsasən, Fransa ekspertləri ölkəmizin mütəxəssisləri ilə birlikdə Baytarlıq İdarəsinə yardım proqramı işləyib hazırlamışdır. 2003-2005 ci illəri əhatə edəcək bu proqram üç layihə çərçivəsində, Avropa Komissiyasının Ərzaq Təhlükəsizliyi Proqramının və Fransa hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Proqramın təqdimatı ilə əlaqədar Lənkəranda “Azərbaycan Respublikasında baytarlıq xidmətinin inkişafı sahəsində əməkdaşlıq” mövzusunda seminar-müşavirə təşkil olunmuşdur.

Seminarda Laçın, Xocalı, Xocavənd, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının baytarlıq idarələrinin və baytarlıq laboratoriyalarının rəhbərləri iştirak etmişlər.

Respublika Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Emin Şahbazov Proqramın əhəmiyyətindən danışmış, Azərbaycanda baytarlıq xidmətinin təşkili və bu sahədə görülən işlər barədə məlumat vermişdir.

Sonra Proqramın təqdimatı olmuşdur.

Proqramın rəhbəri cənab Jak Farbas Kənd Təsərrüfatı Nazirliyinin, Avropa Komissiyasının Ərzaq Təhlükəsizliyi Proqramının və fransız ekspertlərinin əməkdaşlığından danışmış, Proqram çərçivəsində həyata keçiriləcək 1 və 2-ci layihələr - “Peyvəndləmə kampaniyalarına yardım” və “Baytarlıq müayinələri və diaqnostika laboratoriyaları şəbəkəsinin inkişafı” haqqında ətraflı məlumat vermişdir.

Fransalı ekspert cənab Daniel Delmas 3-cü layihənin (“İribuynuzlu mal-qaranın qeydiyyat sisteminin yaradılması”) prinsiplərini açıqlamışdır.

Axırda fransalı qonaqlar seminar iştirakçılarının suallarına cavab vermişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.