DÜNYA


Zabaykalye diyarında yanğınlar nəticəsində 27 nəfər xəsarət alıb

Moskva, 20 aprel, AZƏRTAC

Rusiyanın Zabaykalye diyarında təbii yanğınlar nəticəsində 27 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, diyarın Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Yerli hakimiyyət orqanları yanğınlar nəticəsində son bir gündə alovun 14 yaşayış məntəqəsində 107 binaya, o cümlədən 88 evə zərər vurduğunu, 300-dən çox sakinin evsiz qaldığını bildirirlər.

Hazırda regionda fövqəladə vəziyyət elan olunub. Hadisə yerlərində yanğınsöndürmə briqadaları işləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.