REGİONLAR
Zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib
Naxçıvan, 14 avqust, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toplantıda əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılmasına, xidmətə düzgün istiqamətləndirilməsinə yönəldilib.
Toplantı çərçivəsində Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli, tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyalar təşkil edilib. Həmçinin zabitlər Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, ön xətdəki mövqelərində şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar.