CƏMİYYƏT
Zabrat qəsəbəsində qadını bıçaqlayarq öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 6-da saat 23 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ramil Rəhmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirdiyi, qadının aldığı xəsarətlərdən xəstəxanada öldüyü müəyyən olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.