İQTİSADİYYAT
Zabrat yolunda xüsusi düymə ilə idarə olunan yeni işıqforlar quraşdırılıb
Bakı, 24 aprel, AZƏRTAC
Paytaxtda piyadaların iştirakı ilə ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yollardan biri olan Zabrat yolundakı iki piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin, xəstəxanaların və məktəblərin olduğunu nəzərə alaraq, piyadaların, o cümlədən əlilliyi olan şəxslərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə piyada keçidlərində panduslar inşa edilib, pandusların üzərinə hiss ediləbilən döşəmələr yerləşdirilib, işıqfor obyektlərinə çağırıcı qurğular yerləşdirilib.
Görülən işlər həmin yol sahələrində yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqla yanaşı, həm də piyadaların rahat hərəkətinə şərait yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]