İQTİSADİYYAT


Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də saat 8:00-dan 20:00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci kilometrində (Mərdəkan körpüsündən Zağulba istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə, körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş edərək, Zağulba istiqamətində hərəkətlərinə davam edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.