CƏMİYYƏT


Zahid Oruc: Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır VİDEO

Zahid Oruc: Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan xalqına qarşı 34 illik erməni vandalizmini bir videoçarxa yerləşdirmək olmaz. Ermənistanın əsas məqsədi sentyabr zərərinə kölgə salmaqdır. Onlar keçən ay bu istiqamətdə təxribatlar törətdilər. Azərbaycan Ordusu Vətən müharibəsini beynəlxalq hüquqa tam uyğun aparıb. 44 günlük Vətən müharibəsi BMT-nin başını Azərbaycanın əli ilə ucaltdı. Ermənilər Azərbaycan ərazisində nəinki müharibə cinayətləri törədib, hətta milyonlarla mina basdırıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədən erməniləri buna görə mühakimə etmir, əksinə, bizə qarşı haqsızlıq təxribatlar törədir.

“Ermənistan cinayətlərinə qarşı vahid platforma yaradılmalıdır. Beynəlxalq donor təşkilatları işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə dəstək vermir. Ermənistan təzminat ödəməlidir, əks halda, bunun əvəzində torpaq verməlidir”, - deyə Zahid Oruc deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.