İDMAN


Zak Braun F1 mərhələlərinin müxtəlif ölkələrdə növbə ilə keçirilməsini təklif edib

Bakı, 6 sentyabr, AZƏRTAC 

“McLaren” komandasının rəhbəri Zak Braun hesab edir ki, Formula 1 mövsüm ərzində 22 mərhələni keçirməməlidir. Mərhələlərin müxtəlif ölkələrdə təşkilini növbələməlidir.

AZƏRTAC xəbər verir ki, “Motorsport-Total” Zak Braunun bu sözlərini sitat gətirir: “Futbol üzrə dünya çempionatı və ya Olimpiya Oyunları dörd ildən bir keçirilir. Məgər bu variant deyilmi ki, Avstriya və Almaniya bir-birini əvəz etsin? Yaxud İspaniya və Niderland. Mərhələlər yarış bazarında qalacaq. Bununla da müəyyən eksklüzivliyi yaradacaqlar, çünki hər il keçirilməyəcək”.

Xatırladaq ki, növbəti mövsümdə Formula 1-in təqvimində rekord sayda – 22 mərhələ, o cümlədən təqvimə qayıdan Niderland Qran-Prisi və debüt edən Vyetnam Qran-Prisi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.