SİYASƏT


Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir

Bakı, 18 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC

Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Ordumuz inkişaf edir və bununla bağlı sübutlar var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir texnikalar idi.

Z.Həsənov qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.