SİYASƏT


Zakir Həsənov: Üç qonşu dövlətin müdafiə sahəsində əməkdaşlığı inkişaf edir

Qəbələ, 12 iyun, AZƏRTAC

Azərbaycan, Türkiyə və Gürcüstanın digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bildirib ki, görüşdə 3 qonşu, dost dövlətin Müdafiə nazirlərinin iş planına daxil olan məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, hər üç ölkənin Müdafiə naziri Türkiyənin separatizmlə mübarizəsini dəstəklədiyini bildiriblər: “Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. Bu il isə 13 təlim keçiriləcək. Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.