SİYASƏT


Zakir İbrahimov: Ermənistanın işğal etdiyi ərazilərimizdən qeyri-qanuni istifadəsi faktlarını dünyaya çatdırırıq VİDEO

Strasburq, 10 aprel, AZƏRTAC

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu ərazilərdə dinc əhaliyə qarşı zorakılığın törədilməsi, insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, həmin torpaqların təbii sərvətlərinin erməni iş adamları tərəfindən talanması və erməni şirkətlərinin qanunsuz fəaliyyəti ilə də müşayiət olunur. Xüsusilə də işğal altında olan torpaqlarımızda əlvan metal yataqları qeyri-qanuni istismar edilir. Bunlara son qoyulmalıdır.

Bu fikirləri Strasburqda “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” panel iclasında çıxış etmiş “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, işğal altında olan torpaqlarımızdan qeyri-qanuni istifadə edilməsinə dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Bu gün AŞPA-da bu qurumdakı nümayəndə heyətimiz tərəfindən təşkil olunan panel iclasda ölkəmizin işğal altında olan ərazilərindəki əlvan metalların talan edilməsi ilə bağlı faktları diqqətə çatdırdıq. Belə qeyri-qanuni fəaliyyətlərlə bağlı presedent hüququn tətbiqindən danışaraq onun işğal altındakı Azərbaycan torpaqlarına da tətbiq edilməsinin vacibliyini bildirdik.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.