İQTİSADİYYAT
Zakir İbrahimov: Qardaş Türkiyə ilə dağ-mədən sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk VİDEO
Ankara, 12 may, AZƏRTAC
Səfərimizin məqsədi Azərbaycanda dağ-mədən sahəsinin inkişafı, bu sahəsində Türkiyənin təcrübəsini öyrənmək, əməkdaşlığı genişləndirmək, perspektivlərə dair müzakirələr aparmaq olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata açıqlamasında ifadə edib.
İki qardaş ölkə arasında yeraltı resursların kəşfiyyatı, işlənilməsi və digər məsələlərə dair əməkdaşlıq üçün hüquqi bazanın mövcud olduğunu xatırladan “AzerGold”un rəhbəri bildirib ki, Azərbaycanda qeyd olunan sahədə kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün Türkiyə ilə birgə müəssisənin yaradılması nəzərdə tutulur.
“Ümumiyyətlə, qardaş Türkiyə ilə dağ-mədən sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyə Zakir İbrahimov vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]