İQTİSADİYYAT


Zakir Nuriyev: Hazırda bankların İT sahəsində böyük həcmdə işçi qüvvəsinə tələbatı var

Bakı, 6 noyabr, AZƏRTAC

Hazırda bankların İT istiqamətində böyük həcmdə işçi qüvvəsinə tələbatı var. Lakin bu tələbat qarşılanmır. Banklar ayrı-ayrılıqda təşəbbüslərini reallaşdırırlar. Tələbələr üçün təcrübə proqramları həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumunda çıxışında deyib.

O bildirib ki, bu prosesin mərkəzləşdirilmiş formada həlli daha məqsədəuyğundur. Bank sektorunun inkişafı üçün bu gün əsas dəstək, mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır.

Digər məsələ isə bankların İT üzrə yüksək kompetensiyalarına malik kadrlarının təmini ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.