Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Zakir Sultanov: Mədəni irsimizin qorunması, inkişafı və bərpası istiqamətində fəaliyyət göstəririk

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu yer alır

Bakı, 6 dekabr, AZƏRTAC

Xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Görülən işlərin nəticəsi olaraq hazırda təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində konservasiya və bərpa işləri aparılmaqdadır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha təsbit edilib. Artıq dörd ildir ki, dövlət başçısının müvafiq Fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidmətinin rəis Zakir Sultanov rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri və görülən işlərlə bağlı AZƏRTAC-a geniş müsahibə verib. Müsahibəni təqdim edirik:

-Zakir müəllim, əvvəlcə rəhbəri olduğunuz qurumun mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışardınız.

- Görülən işlərlə bağlı çox danışmaq olar, amma çalışacağam ki, qısa cavab verməklə sualınızı tam əhatə edim. Azərbaycanın zəngin mədəni irsinin qorunub-saxlanılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işlərin kompleks şəklində həyata keçirilməsini təmin edir. Ölkəmiz çoxəsrlik tarixi zəngin maddi-mədəniyyət nümunələrinə malikdir. Dövlət Xidməti olaraq biz bu zəngin mədəni irsin qorunması, inkişafı və bərpası istiqamətində fəaliyyət göstəririk. Nazirlər Kabinetinin qərarı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə, son bölgü 2001-ci ildə təsdiq edilib. Mütəmadi olaraq əməkdaşlarımız monitorinqlər keçirirlər. Həmin siyahıya düşməyən abidələr də tərəfimizdən müəyyən edilir və qorunur. Rayonlar üzrə abidə mühafizəçilərimiz burada yerləşən abidələrə nəzarət edir, hər hansı qanun pozuntusu aşkarladıqları təqdirdə dərhal bizə məlumat verirlər. Son illər ərzində ölkə ərazisində yerləşən onlarla abidədə, o cümlədən Bərdədə “Allah-Allah” türbəsi, Salyan rayonunda Cümə məscidi, Qusar rayonunda “Şeyx Cüneyd” türbəsi, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarları, “Aşağı Karvansaray”, “Şəkixanovların evi”, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm məscidi, “Hündür günbəzli hamam” və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Bundan sonra da əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılacaq. Yeri gəlmişkən deyim ki, Qobustan Milli Tarix-Bədii Qoruğu, “Atəşgah” məbədi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi Kompleksi və “Pir Hüseyn” xanəgahında bərpa işləri ilə yanaşı, ərazidə geniş abadlıq işləri görülüb, həmçinin müasir texnologiyalarla təchiz olunmuş ekspozisiyalar yaradılıb. Abidə kimi qeydiyyata götürülmüş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Nizami Kino Mərkəzi və Azərbaycan Dövlət Musiqili Teatrının binalarında müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri də aparılıb və bu binalar təyinatı üzrə istifadə olunmaqdadır. Milli mədəni irsin qorunması, tarixi abidələrimizin gələcək nəsillərə çatdırılması üçün həyata keçirilən işlər davam etdirilir. Hazırda Dövlət Xidməti tərəfindən Gəncədə Şah Abbas karvansarasında bərpa və Azərbaycan Milli İncəsənət Muzeyində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində bir çox işlər görülüb. “Cənubi Qafqaz boru kəmərinin (Azərbaycan qazının Gürcüstan üzərindən Türkiyəyə nəqli - Bakı-Tbilisi-Ərzurum qaz kəməri) genişləndirilməsi” layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edildi. Bundan başqa, arxeoloji qazıntılar zamanı Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri də aşkarlandı. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanılması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərara alınıb. Marşrutun cənub istiqamətinə dəyişdirilməsinin həm texniki, həm də əməyin təhlükəsizliyi baxımından yeganə mümkün variant olduğu müəyyən edilib və hazırda bu istiqamətdə işlər görülür. Eyni zamanda, tərəfimizdən abidələrin mühafizə zonaları yaradılmaqla, xüsusi mülkiyyətində abidələr olan şəxslərlə mühafizə müqavilələri bağlayıb onların qorunmasına çalışırıq.

- Abidələrin mühafizə zonaları yaradılması ilə biz onları qorumağa çalışırıq söylədiniz. Bu məsələyə bir az aydınlıq gətirərdiniz zəhmət olmasa...

- “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun müvafiq maddəsinə əsasən, abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşü və uzunömürlülüyünü təmin etmək məqsədilə mühafizə zonaları təyin edilir. Abidələrin mühafizə zonalarında onlar üçün təhlükə yarada biləcək istənilən fəaliyyət qadağan olunur. Göründüyü kimi, mühafizə zonalarının müəyyən edilməsində əsas məqsəd mədəni irs nümunəsinin yerləşdiyi ərazidə və yaxud inşa olunduğu ərazidəcə qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu baxımdan, Dövlət Xidməti tərəfindən abidələrin mühafizə zonalarının müəyyən edilməsi də prioritet məsələlərdəndir. Abidələrin mühafizə zonaları hazırda dövlət başçısının müvafiq Fərmanına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir və nəzərə alınması üçün müvafiq dövlət orqanlarına göndərilir. Abidələrin müəyyən edilmiş mühafizə zonaları barədə məlumatlar müvafiq orqanlara da təqdim olunur. Hər il mütəmadi olaraq müəyyən sayda abidənin mühafizə zonası mütəxəssislərin iştirakı ilə yaradılır və tərəfimizdən təsdiqlənir. Abidələrin müəyyən edilmiş mühafizə zonaları barədə məlumatlar müvafiq orqanlara da göndərilir. Bu, abidələrin mühafizə zonalarının təyin edilməsi, onların qorunması ilə bağlı görülən tədbirlərdən sadəcə biridir. Digər zəruri addımlar da atılır. Yəni tərəfimizdən, həm də mühafizə müqavilələri də bağlanılır. Tarixi mədəniyyət abidələri xalqın milli sərvətidir. Aparılan monitorinq və nəzarət tədbirləri çərçivəsində yüzlərlə qanunsuz müdaxilələrin qarşısını almışıq və tədbirlərimiz mütəmadi olaraq davam etdirilir.

-Dövlət Xidmətinin tabeliyində neçə qoruq var. Onların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsi üçün hansı addımlar atılır?

- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Hazırda bu qoruqların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məsələlərin həllinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə” Dövlət Proqramında da geniş yer verilib.

Qoruqların əsas vəzifələrindən biri də ərazilərin tarixi əhəmiyyətinin qorunması ilə yanaşı, eyni zamanda, bu tarixi yerlərin ziyarətçilərə düzgün təqdim olunması, habelə onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərmələridir. Qobustan Milli Tarixi-Bədii Qoruğu və Qəbələ Tarix-Bədii Qoruğu, Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” müasir tələblərə tam cavab verən obyektlərdir. Bu qoruqlarda müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyalar yaradılıb, ziyarətçilərə yüksək səviyyəli ekskursiya xidmətləri göstərilir. Ekskursiya xidmətlərinin daha da yüksəldilməsi üçün əməkdaşlar mütəmadi olaraq təkmilləşdirmə kurslarına göndərilir. Artıq qoruqlarda Azərbaycan, ingilis, rus dilləri ilə yanaşı, türk, ərəb, fransız dillərində ekskursiyaların aparılması istiqamətində addımlar atılır. Bu il Hacıqabul rayonunda “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda da infrastrukturun yaradılması istiqamətində müvafiq işlər görülüb. Ağstafada “Keşikçidağ”, Qazaxda “Avey”, Şabranda Çıraqqala qoruqlarının qorunması və inkişafı ilə bağlı təkliflər hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunub. Dövlət Xidmətinin tabeliyində olan qoruqlarda abadlıq işlərinə xüsusi diqqət ayrılır. Yaxın vaxtlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin qoruqlarda yaşıllıqların salınmasına da başlanılacaq. Eyni zamanda, Qobustan qoruğu ərazisində ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni yol çəkiləcək.

-Qoruqlarda aparılan elmi və arxeoloji tədqiqat işlərinə xarici ölkə mütəxəssisləri maraq göstərirlərmi?

- Tarix-mədəniyyət qoruqları elmi-tədqiqat müəssisəsidir və bu ərazilərin öyrənilməsi məqsədilə mütəmadi olaraq elmi-tədqiqat və arxeoloji işlər aparılır. 2016-cı ildən Qobustan qoruğunda “Yeni baxış” adlı layihəyə start verilib. Əməkdaşlar tərəfindən aparılan çöl tədqiqatları nəticəsində “Cingirdağda” yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Bu tipli tədqiqatlar ilk dəfədir ki, aparılır. Layihə çərçivəsində 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub. Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində, Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. 2016-cı ildə Mədəniyyət Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti arasında üçtərəfli beynəlxalq memorandum imzalanıb. Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış Mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda Neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Tapılan maddi mədəniyyət nümunələrinin tarixinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb. Damcılı düşərgəsində toxunulmamış Mezolit mədəni təbəqəsinin aşkarlanması Azərbaycan ərazisində Neolit mədəniyyətinin - əsasən Şomutəpə mədəniyyətinin kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasının məhz yerli Mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək. Uzun illərdir ki, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun iş birliyi nəticəsində Koreya Respublikasından olan mütəxəssislər Qədim Qəbələ şəhərinin tədqiqi ilə məşğul olur. Bu illər ərzində genişmiqyaslı elmi tədqiqat və konservasiya işləri aparılıb. Aparılan qazıntılar nəticəsində minlərlə material tapılmış və hazırda həmin eksponatların bir qismi qoruqda yaradılmış ekspozisiyada ziyarətçilərə nümayiş edilir. 2018-ci il ərzində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət, “Şabran şəhəri” tarixi qoruqların müəyyən ərazilərində də kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Xalqımızın mədəni irs nümunələrinə Prezident İlham Əliyev xüsusi həssaslıqla yanaşır. Onların təmir-bərpa olunmasını diqqətdə saxlayır. Mədəniyyətimizə diqqət və qayğıdan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın da bu sahədə müstəsna xidmətlərini qeyd etmək istəyirəm. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açdı. Məhz Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Qobustan Milli Tarixi-Bədii Qoruğu “qayaüstü rəsmləri mədəni landşaftı ilə birlikdə” UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. Hazırda Şəkinin tarixi hissəsi “Xan Sarayı” ilə birgə nominasiya faylı hazırlanıb və Dünya İrs Komitəsinə təqdim olunub.

-Dünya praktikasında mədəni irsin qorunması və bərpası işinə özəl sektorun nümayəndələri, yerli iş adamları da maraq göstərirlər, investisiya yatırırlar. Bəs bu sahədə bizdə vəziyyət necədir?

-Əlbəttə, dövlət qurumları ilə yanaşı, milli mədəni irsin qorunmasını təmin etmək üçün ictimai nəzarət daha da artırılmalı, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar bu sahəyə investisiya qoymaqda maraqlı olmalıdırlar. Bəli, bu məsələ bir çox xarici ölkələrin praktikasında geniş istifadə olunur. Bu praktika bizdə də istifadə oluna bilər. Qanunvericilikdə də bu məsələ öz ifadəsini tapıb. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Biz də Dövlət Xidməti olaraq sahibkarları bu sahəyə investisiya qoymağa çağırırıq. Bu milli tarixi irsimizə sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə çatdırılması istiqamətində bir vətənpərvərlik işi olmaqla yanaşı, həm də bu işlə məşğul olacaq sahibkarlara əlavə gəlirlər qazandırmış olacaq.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir