ELM VƏ TƏHSİL


Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsahibə zamanı namizədin ümumi dünyagörüşü, nitqi, stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibə mərhələsində iştirak etmək üçün tələb edilən sənədlər:

-Namizədin elektron anketi;

-Şəxsiyyət vəsiqəsi;

-Ali təhsil haqqında sənəd (diplom);

-İş yeri haqqında arayış;

-Məhkumluq barədə arayış.

Müsahibələr Dövlət İmtahan Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Nəticələr namizədin elektron anketində göstərilir. Müsahibədə uğur qazanan namizədlər ümumi intellekt səviyyəsini yoxlayan test imtahanına dəvət ediləcək.

Ehtiyat tədbirləri çərçivəsində namizədlərin elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İştirakçılar müsahibəyə tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər.

Qeyd edək ki, hazırda zal nəzarətçisi sertifikatı əldə etmək üçün 198 namizəd qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.