ELM VƏ TƏHSİL


Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır

Bakı, 18 oktyabr, AZƏRTAC

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsinə başlanılır.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində namizədin tələblərə uyğunluğu və sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət etmiş şəxslərin elektron poçt ünvanına müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir. Namizədlər elektron anketə daxil olaraq müsahibə gününü, vaxtını seçir və elektron sistemə daxil etdiyi anket, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli (diplom), iş yeri haqqında arayış (olduğu təqdirdə), məhkumluq barədə arayış, dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı (olduğu təqdirdə) təqdim etməklə müsahibədə iştirak edirlər.

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlər müsahibə nəticələri ilə bağlı məlumatla elektron anketlərinə daxil olaraq tanış ola bilərlər. Müsahibədən uğurlu nəticə əldə edən namizədlər ümumi intellekt səviyyəni yoxlayan test imtahanına dəvət edilirlər.

Məlumat üçün bildirək ki, indiyə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən 1672 nəfər müraciət edib, onlardan 1436 nəfər müraciətini təsdiqləyib.

Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron poçt göndərə, 0552071131 (votsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə DİM-in saytındakı link vasitəsilə tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.