İQTİSADİYYAT
“Zaminbank”ın “Gənclik” filialı ünvanını dəyişmişdir
Bakı, 25 iyun (AZƏRTAC). “Zaminbank” ASC-nin Xətai prospekti, 21 ünvanında yerləşən “Gənclik” filialı yeni ünvanda fəaliyyət göstərəcəkdir.
Bank fiziki və hüquqi şəxslərə tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, kreditlərin verilməsi, o cümlədən, istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri, fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsini həyata keçirir. Eyni zamanda, müştərilərə ödəniş vasitələrinin buraxılması, öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına və ya müştərinin hesabına akkreditivlərin açılması, kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi kimi bank əməliyyatlarını da yerinə yetirir.