İDMAN


Zanardi paravelosiped idmanı üzrə 12-ci dəfə dünya çempionu adını qazanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Formula 1 yarışlarının sabiq yürüşçüsü Alessandro Zanardi paravelosiped idmanı üzrə növbəti dünya çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, Zanardi Niderlandda keçirilən çempionatın fərdi yürüşündə qələbə qazanıb.

A.Zanardi idmanın bu növü üzrə dördqat Paralimpiya çempionudur. Hazırda qazandığı dünya çempionu titulu isə italiyalı idmançının aktivində sayca 12-cidir.

Hazırda 52 yaşı olan Zanardi 2001-ci ildə CART seriyasında “Lauzitsrinq” trasında baş verən qəzada hər iki ayağını itirib. Lakin bir neçə il keçəndən sonra o, avtomobil idmanına qayıdıb.

“Dünya çempionu! Bu titulda sevinc, ümidsizlik, sonra isə daha böyük sevinc hissləri nə qədər çoxdur! Hər halda irəli getmək lazımdır. Hər bir işə böyük ruh yüksəkliyi ilə başlamaq lazımdır”, - deyə Zanardi özünün “Twitter” hesabında yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.