İDMAN


Zandfort meri Formula 1 Qran-Prisinin bu şəhərdə keçirilməsi tərəfdarıdır

Bakı, 8 yanvar, AZƏRTAC

Biz “Liberty Media”nın 2020-ci ildə Niderland Qran-Prisinin Zandfort trasında yenidən keçirilməsində maraqlı olduğu barədə yazmışdıq. Holland şəhərinin meri Nik Meyer bəyan edib ki, bələdiyyə Formula 1 yarışlarının qayıtmasına etiraz etmir.

AZƏRTAC-ın məlumatına görə, Nik Meyer “Formula 1 Niderlandda böyük dəstəyə güvənə bilər. Biz artıq bunu nümayiş etdirmişik”, - deyə bildirib.

O əlavə edib ki, indi işi avtodrom sahibləri davam etdirməlidirlər. Onlar mərhələnin təşkili üçün zəruri vəsaiti bir neçə ay ərzində toplamalıdırlar. Qabaqcadan aparılan dəyərləndirmələrə görə, Qran-Pri mərhələsi 30-40 milyon avroya başa gələcək. Əgər avtodrom sahibləri bu vəsaiti əldə edə bilməsələr, o zaman yürüş Assendəki trasa köçürüləcək.

“IJmider Courant” qəzetinin bu yaxınlarda apardığı sosial sorğunun nəticələrinə görə, Şimali Hollandiya əyalətlərinin digər əhalisi ilə müqayisədə Zandfort sakinləri yürüşə daha çox maraq göstərirlər. Trasın bilavasitə yaxınlığında yerləşən Blumindal və Hemstede bələdiyyə şuraları yollardakı trafiklə bağlı problemlər üzündən Formula 1 yarışlarının Zandforta yenidən qayıtmasını istəmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.