İDMAN


Zandfortda azarkeşlər avtodroma velosipedlə gələcəklər

Bakı, 21 oktyabr, AZƏRTAC 

Formula 1 Niderland Qran-Prisinin təşkilatçıları 2020-ci ilin mayında keçiriləcək uik-end zamanı logistika problemlərinin həllinə çalışırlar. Onlar azarkeşlərin üçdəbirinin Zandfort avtodromuna velosipedlə gəlməsini nəzərdə tuturlar.

AZƏRTAC F1News.ru portalına istinadla xəbər verir ki, yürüş uik-endinə üç gün qalmış avtodroma təxminən 300 min insanın axın etməsi gözlənilir. Təşkilatçılar onlardan 100 mininin velosipeddən istifadə etməsinə nail olmağı planlaşdırırlar. Bu məqsədlə 32400 velosiped üçün nəzərdə tutulmuş xüsusi velosiped parklama yerlərinin təşkili həyata keçiriləcək. Bundan başqa, avtodromdan 15 kilometr aralıda avtomobil nəqliyyatı üçün dayanacaqlar da nəzərdə tutulub. Azarkeşlər həmin dayanacaqlarda kirayəyə veriləcək velosipedə əyləşərək Zandforta yollanacaqlar. Bunun üçün 30 min ədəd ikitəkərli nəqliyyat vasitəsinin ayrılması planlaşdırılır.

Logistika sxemində mühüm rolu dəmir yolu nəqliyyatı oynayacaq. İlkin plana görə, 105 min tamaşaçının 31 faizi hər gün avtodroma qatarla gələcək. Bu məqsədlə dəmir yolu magistralının buraxıcı qabiliyyətinin artırılacağı gözlənilir.

Qeyd olunur ki, logistika təşkilatçılığı üzrə planın yekun versiyası dekabr ayında hazır olacaq və bundan sonra yerli hakimiyyət orqanları onu təsdiqləyəcək, yaxud öz düzəlişlərini əlavə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.