REGİONLAR
Zaqatala Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər təşkil olunur
Zaqatala, 4 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayon Heydər Əliyev Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Dahilik zirvəsi – Nizami” adlı tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin əməkdaşları və könüllülər iştirak ediblər.
Rayon Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin rəsmi hissəsində dahi şairin həyat və yaradıcılığından, zəngin irsindən, “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən ətraflı bəhs olunub.
Bədii hissədə isə şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şagirdlər dahi şairin poemalarından səhnəciklər canlandırıb, qəzəllər söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]