REGİONLAR
Zaqatala Heydər Əliyev Mərkəzinin kollektivi şəhid övladını bayram hədiyyəsi ilə sevindirib
Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Zaqatala Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elvin Məmmədovun ailəsinə baş çəkib, şəhidin qızı Ahunuru bayram hədiyyələri ilə sevindiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailəsi ilə görüş zamanı Mərkəzin direktoru Famil Rəhimov doğma Vətənimiz uğrunda həyatlarını qurban verən igid oğullarımızın övladlarına qayğı göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu bildirib.
Qeyd olunub ki, şəhid Elvin Məmmədov öz səmimiliyi, mehriban xarakteri ilə hər kəsin rəğbətini qazanmışdı. Hərbi xidmət dövründə xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə bitirdiyinə görə Elvin dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.