REGİONLAR


Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini öyrənirlər

Zaqatala, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlanıb. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.

Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr edilən sərgi və guşələrlə yaxından tanış olurlar. Sonra Mərkəzdə məktəblilər üçün açıq tarix dərsləri təşkil edilir. Dərs prosesində şagirdlərə Ulu Öndərin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsindəki tarixi xidmətləri barədə ətraflı məlumat verilir.

Ekskursiya zamanı məktəblilər, həmçinin Mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan “Dahi şəxsiyyət və qüdrətli lider” sənədli filminə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəqs, toxuculuq, xarici dil və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 13-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.