CƏMİYYƏT
Zaqatala rayonunda münaqişə zəminində iki nəfəri bıçaqlayan şəxs saxlanılaraq istintaqa təhvil verilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Zaqatala rayon sakinləri olan iki nəfərin xəsarətlə xəstəxanaya gətirilmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla xəstəxanaya yerləşdirilənlərin Aşağı Tala kənd sakinləri Səfər Zeynalov və Elçin Qaziyev olmaları, münaqişə zəminində həmkəndliləri İslam Ömərov tərəfindən bıçaqlanmaları müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri ilə İ.Ömərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.